FHN-in əməkdaşları respublika çempionatında yüksək nəticələr əldə ediblər
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatında yüksək nəticələr əldə ediblər.

Klubun rəisi, polkovnik Fizuli Musayev respublika çempionatında nəticə göstərmiş idmançılara təbriklərini çatdırıb, onlara qiymətli hədiyyələr təqtim edib.

Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən yarışlarda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komandanın heyətində 350 idmançı mübarizə aparıb.

Çempionatın yekununda K21 kateqoriyasında Müslüm İmranlı (“İrbis” İK) 6 km-11 CP məsafədə finiş xəttinə birinci çatıb. Alexander Misçenko (Ukrayna səfirliyi) və Maksim Boholdin (“İrbis” İK) müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar. FHN-in digər əməkdaşı Sevda Verdiyeva 4,8 km-10 CP üzrə Q21 kateqoriyasında qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Ekaterina Yakovleva (“Neftçi”-1) gümüş, Yana Maşkova (“Dağçılıq” idman klubu-2) isə bürünc medal qazanıbr.

Komanda hesabında isə “Dağçılıq” idman klubu-1 bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. “Neftçi” və “Dağçılıq” idman klublarının ikinci komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Xəbər 677 dəfə oxundu.