“Borussiya” Türkiyə millisinin daha bir üzvünü heyətinə qatır
Müdafiə xəttində problemlər yaşayan Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.

Türkiyə millisi və eləcə də “Bayer”in mərkəz müdafiəçisi olan Ömər Toprak dortmundlularla anlaşıb.

Bu transferlə bağlı klublar arasında artıq razılıq əldə edilib. Razılaşmaya əsasən, “Borussiya” leverkuzen təmsilçisinə 12 milyon avro ödəyəcək. Qış transfer müddətində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu vaxt ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu - Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”nın formasını geyinir.

Xəbər 696 dəfə oxundu.