Dünya çempionu qitə birincisini sınağa çəkəcək
Şahmat üzrə dünya çempionu Xou İfan və Avropa çempionu Viktoriya Çmilite Korsikada ən güclünü müəyyən etməyə çalışacaqlar. Ancaq blitsdə. İdman.com.az saytı xəbər verir ki, onlar mayın 21-22-də 10+3 dəqiqə qaydası ilə 4 partiya keçirəcəklər. Lakin bu matç eyni zamanda Moskvada keçiriləcək kişilərin çempionluq matçının kölgəsində qala bilər. Necə ki, Xou İfanla Konerunun qadın tacı uğrunda matçı ötən ilin noyabrında Tal memorialının kölgəsində qalmışdı.

Xəbər 1151 dəfə oxundu.