İntizam Komitəsinin iclası keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının VIII turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının VIII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin VIII turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin VIII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Oyun bitdikdən sonra “Sumqayıt” klubunun futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. Dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi məbləğ “Sumqayıt” klubu tərəfindən ödənilsin.

Əvəzedici heyətlərin VIII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 63 №-li futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Xəbər 334 dəfə oxundu.