“Böyük dəbilqə” turnirində ölkəmiz 12 tatami ustası ilə təmsil olunacaq
Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinin startı veriləcək.

Oktyabrın 30-da yekunlaşacaq yarışda 15 ölkədən 194 cüdoçu mübarizə aparacaq. Böyük dəbilqə turnirində 12 tatami ustası - Mehman Sadıqov və Oruc Vəlizadə (60 kq), İlqar Muşkiyev və Vüqar Şirinli (66 kq), Rüstəm Orucov (73 kq), Fəqan Quluzadə, Elvin Əhmədli və Ruslan Fərruxzadə(81kq), Məmmədəli Mehdiyev və Firudin Dadaşov (90 kq),Elxan Məmmədov və Cəlil Şükürov (100 kq) Abu-Dabidə ölkəmizin idman şərəfini qoruyacaqlar.

Xəbər 800 dəfə oxundu.