Bölgə birinciliklərinə start verildi
Cüdo üzrə bölgə birinciliyinə start verilib.

Şəmkir Olimpiya İdman Kompleksində start götürən Qərb Bölgəsi Birinciliyi U18, U15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 12-13 yaşlı oğlanlar 30 kq-dan 66 kq-dək çəki dərəcələrində, qızlar arasında isə 36 kq və 40 kq çəki dərəcələrində idmançılar yarışacaqlar.

Xəbər 842 dəfə oxundu.