Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinqinə əsasən, cüdoçularımızdan ikisi: Uşanqi Kokauri (+100 kq) və Nicat Şıxəlizadə (66 kq) mövqelərini yaxşılaşdırıblar.

Millimizdə ən yaxşı göstəriciyə yenədə Olimpiya mükafatçılarımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) sahib olublar. Onların hər ikisi öz çəki dərəcələrində birincidilər. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev ( 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyaraq, müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar. Yalnız həmyerlimiz Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləməklə, hazırda 37-ci pillədə qərar tutub.

Qeyd edək ki, yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Xəbər 890 dəfə oxundu.