“Volfsburq” klubu baş məşqçi Diter Hekkinqlə yollarını ayırıb | |
Almaniyanın “Volfsburq” klubu baş məşqçi Diter Hekkinqlə yollarını ayırıb. Buna səbəb komandanın uğursuz çıxış etməsidir. “Volfsburq” cari mövsüm avrokuboklara vəsiqə qazana bilməyib. Komanda ötən mövsümü 8-ci pillədə tamamlayıb. Hazırda Almaniya təmsilçisi 7 oyundan cəmi 6 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Baş məşqçi postu müvəqqəti olaraq 23 yaşadək futbolçulardan ibarət komandaya rəhbərlik edən Valeryen İsmaelə həvalə edilib. Onun rəhbərliyi altında komanda Bundesliqanın 8-ci turunda “Darmştadt”la qarşılaşacaq. İstənilən halda, klub yeni baş məşqçinin axtarışına da çıxıb. Danışıqlar iki əsas namizədlə aparılır. Bunlar vaxtı ilə “Porto”, “Çelsi” və “Tottenhem”in çalışdırmış Andre Villaş-Boaş və “Şalke”nin əvvəlki baş məşqçisi Andre Braytenrayterdir. |
|
Xəbər 685 dəfə oxundu. |
|
|