Nigeriya futbolunda bədbəxt hadisə baş verib
“Şutinq Starz” klubunun futbolçusu İzu Jozef qətlə yetirilib. Belə ki, istirahət etmək üçün doğma şəhəri Okakiyə gedən 22 yaşlı mərkəz müdafiəçisi yerli bazarda baş verən qarşıdurma zamanı həlak olub. Jozefin təsadüfi açılan atəş zamanı gülləyə tuş gəldiyi güman edilir.

Qeyd edək ki, “Şutinq Starz” klubu Nigeriya Premyer Liqasını 47 xalla 15-ci pillədə başa vurub.

Xəbər 1656 dəfə oxundu.