“Mançester Yunayted” klubu forma satışında liderlik edir
Dünyanın ən çox forma satan futbol klubunun adı açıqlanıb.

“Mançester Yunayted” bütün rəqiblərini qabaqlayaraq birinci olub. Belə ki, “qırmızı şeytanlar” 2011-2016-cı illər ərzində orta hesabla hər ilə 1 milyon 750 min forma satıb. Bu göstəricinin sayəsində Mançester təmsilçisi digər klublar üçün əlçatmaz olub.

İkinci pillədə Madrid “Real”ı qərarlaşıb ki, bu klub “Mançester Yunayted”dən 100 min az forma satıb. Növbəti pillələrdə “Barselona” və “Bavariya” klubları qərarlaşıb. Beşinci və altıncı yerlərə gəlincə isə yenə İngiltərə komandaları – “Liverpul” və “Çelsi” yer alıb.

Xəbər 798 dəfə oxundu.