Cüdoçularımız Xocalı soyqırımını layiqincə anırlar
Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş beynəlxalq cüdo turniri davam edir. Yarışın baş hakimi Zaur Babayevin idman.com.az saytına verdiyi məlumata görə, dünən 5 çəki dərəcəsində qaliblər müəyyənləşib ki, bunlardan da 4-u yerli idmançılar olub. Azərbaycanı təmsil edən Nazir Talıbov (30 kq), Asiman Rəhimov (38 kq), İsmayıl Hacıyev (46 kq), Elşad Adıgözəlzadə (55 kq) bütün rəqiblərini üstələyiblər. Gürcüstan idmançısı Djiadze Çezo isə 66 kq-da birinci yeri tutub.

Qeyd edək ki, III ənənəvi beynəlxalq cüdo turniri Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və «Özkaya Group» şirkətinin sponsorluğu ilə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstanın 350-yə yaxın yeniyetmə cüdoçularının iştirakı ilə keçirilir. Beynəlxalq turnirə bu gün yekun vurulacaq.

Xəbər 1404 dəfə oxundu.