Astarada boks üzrə respublika zona yarışı keçirilib
Oktyabrın 12-dən 17-dək Astara Olimpiya İdman Kompleksində boks idman növü üzrə 12-13 yaşlı idmançılar arasında respublikanın zona yarışı keçirilİb. Yarışlarda 17 şəhər və rayon komandalarından ibarət ümumi 144 idmançı 16 çəki dərəcəsi üzrə öz güclərini sınayıblar.

Yarışda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dənyar Teymurov, Elman Məmmədov, o cümlədən yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Anar Ağayev, baş katib, beynəlxalq dərəcəli hakim Nik-Nicat Şahin, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov və digərləri iştirak ediblər.

Astara yığma komandasının idmançılarından Zaur Qəhrəmanov (+35 kq), İsmayıl Süleymanov (+44 kq), Səyədullah Nəsirov (46 kq), Ruslan Əkbərov (62 kq) birinci yeri tutaraq oktyabrın 30-dan noyabrın 4-dək Balakan rayonunda keçiriləcək yarışın final mərhələsinə vəsqiə qazanıblar.

Xəbər 1496 dəfə oxundu.