“Qəbələ”nin döyüşçüləri “MMA Fighting Series” yarışlarında uğurla çıxış ediblər
“MMA (qarışıq döyüş növləri) Fighting Series” yarışları çərçivəsində növbəti döyüşlər keçirilib.

“Qafqaz Baku Sport” hotelindəki üçüncü yarışda 15 döyüş təşkil olunub.

“Azerbaijan Fight Club”, “Qəbələ” idman klubu və “TT Fight Club”un dəstəyi ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstan idmançıları da qüvvələrini sınayıblar.

Turnirdə “Qəbələ”nin 4 təmsilçisi rinqə çıxıb. Onlardan üçü növbəti qələbəsini qazanıb. Bəxtiyar Abbasov (93 kq) iranlı Əli Əhmədvəndlə görüşdə qalib gəlib. Birinci raundda rəqibini nokauta salan idmançımıza 1 dəqiqə 50 saniyə kifayət edib. Yarışda 70 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Nəriman Abbasov da qələbəni ilk raundda əldə edib. O, iranlı Səccao Məhamədini 1 dəqiqə 45 saniyəyə üstələyib. Hüseyn Əliyev (77 kq) isə gürcüstanlı Aslan Qorqişvilidən güclü olub. Döyüşçü iki raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gəlib.

Xəbər 1570 dəfə oxundu.