Sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə paytaxt birinciliyi keçirilib.

Yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 12 klubu təmsil edən 255 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Birincilikdə Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (46 kq), Ramin Əzimov (50 kq), Məmməd Əhmədov (54 kq), Elmar Kazımov (58 kq), Elvin Dünyamalıyev (63 kq), Hüseyn Əmir (69 kq), Fuad Mayılov (76 kq), Pərviz Həsənov (85 kq) və Ayaz İsmayılov (100 kq) qızıl medal qazanıblar.

Yunan-Roma güləşi üzrə 18 klubu təmsil edən 282 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb. Nəticələrə görə, Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (46 kq), Həsən Kərimli (50 kq), Mirağa Yusifov (54 kq), Vəfadar Cəfərov (58 kq), Sənan Abdullazadə (63 kq), Elxan Rəfiyev (69 kq), Fikrət Vəliyev (76 kq), Əliheydər Əliyev (85 kq) və Sərxan Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi üzrə yarışlarda isə ilk beş yeri tutan idmançılar açıq Respublika turnirinə vəsiqə əldə ediblər.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 931 dəfə oxundu.