Rostislav Pevstov Avropa kuboku yarışlarında gümüş medal qazanıb
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Alaniyada keçirilən Avropa kuboku yarışlarında gümüş medal qazanıb.

1500 metrlik su məsafəsini idmançımız 18.49 dəqiqəyə başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 56.19 dəqiqəlik nəticə ilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevstov 31.37 dəqiqəyə başa vurub. Ümumi hesablamada R.Pevstov 1 saat 47 dəqiqə 45 saniyə göstərici ilə ikinci yerə sahib olub.

Avropa Triatlon Şurası idmançımızın çıxışını xüsusi ilə qeyd edib. Pevstov bu mövsüm Avropada ən yüksək reytinqə malik olan triatlonçu adına layiq görülüb.

Xəbər 1601 dəfə oxundu.