AFFA-nın əməkdaşı UEFA-dan yeni təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb.

E.Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - "Monako" (Fransa) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 18-də Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək.

Xəbər 712 dəfə oxundu.