Qəbələnin rəqibindən qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Darmştadt"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Qeyd edək ki, 7 turdan sonra 11 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər 713 dəfə oxundu.