"Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq"
"Neftçi” Topaz Premyer Liqasının VIII turu çərçivəsində qarşılaşacağı "Zirə” klubu ilə oyunun hazırlığını davam etdirir. Komandamız İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Hazırlıq prosesindən sonra komandamızın hücumçusu Katalin Tira Neftçi TV-yə açıqlama verib:

"Keçən mövsüm "Neftçi”də olmasam da, xəbərim var ki, "Zirə”ni məğlub edə bilməmişik. Bununla belə, oyuna çox yaxşı hazırlaşmışıq. Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq. İnanıram ki, qalib gələcəyik və hamımız bu qələbəyə sevinəcəyik”.

Xatırladaq ki, "Zirə” – "Neftçi” oyunu oktyabrın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.

Xəbər 680 dəfə oxundu.