AZAL Kəpəzə, Neftçi Zirəyə qarşı
Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulacaq. Azerisport.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Öncə çempionatın aşkar autsayderi AZAL doğma meydanda “Kəpəz”lə münasibətlərinə audınlıq gətirəcək.

Turun qapanış matçında isə iki paytaxt klubu - “Zirə” və “Neftçi” üz-zə gələcək.

Topaz Premyer Liqası
8-ci tur
16 oktyabr (bazar)

16:00. AZAL - “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
Bakı. “AZAL Arena”.

18:30. “Zirə” - “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: “Qarabağ” – “Sumqayıt” - 3:0, “İnter” – “Qəbələ” - 1:1.

Xəbər 805 dəfə oxundu.