Sabah kempo üzrə Avrasiya çempionatı keçiriləcək
Oktyabrın 16-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçiriləcək.

Azərbaycan Kempo Federasiyasının verdiyi məlumata görə, çempionatda Avropa və Asiya dövlətlərindən olan idmançıların iştirakı gözlənilir.

Qeyd edək ki, çempionat artıq ikinci dəfə olaraq Bakıda təşkil olunur. Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək. Giriş sərbəstdir.

Xəbər 1416 dəfə oxundu.