Ukraynanın ölkə başçısı futbolçulardan nə istədi?
Ukrayna prezidenti Viktor Yanukoviç milli komandasından qarşıdakı Avropa çempionatında uğurlu çıxış gözləyir. İdman.com.az saytının məlumatına görə, ölkə başçısı iyunda Polşada və Ukraynada startı veriləcək qitə birinciliyinin final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, yığmasının vətənində keçiriləcək məsul turnirdə qalib olacağına ümid edir:

“Dünya Avro-2012-ni necə keçirəcəyimizə baxacaq. Buna çox məsuliyyətli yanaşmaq lazımdır. Bizim ev sahibləri kimi qonaqları necə qəbul etməyimiz, nəzərdə tutduğumuzun hamısını etməyimiz çox vacibdir. Bu çempionatı qazanmaq istərdik... Biz bunu arzulayacağıq”.
Qeyd edək ki, Ukrayna yığması İsveç, Fransa və Ingiltərə milliləri ilə birgə “D” qrupunda yer alıb.

Xəbər 877 dəfə oxundu.