“Araz” komandası üçüncü oyununu keçirib
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz “Araz” komandası üçüncü oyununu keçirib.

Komandamız Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində yerli “Zelezarec” klubu ilə qarşılaşıb.

Görüş 15:4 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb.

Qeyd edək ki, təmsilçimiz ilk turda Gürcüstanın "Tbilisi Dövlət Universiteti" komandasına 7:1, ikinci turda isə Kosovo çempionu “Feniks”ə 1:0 hesabı ilə qalib gəlməklə UEFA kubokunun elit mərhələsinə vəsiqəni təmin etmişdi.

Xəbər 666 dəfə oxundu.