Qitə çempionatının reytinq favoriti Şəhriyar Məmmədyarovdur
Martın 20-31-də Bolqarıstanın Plovdiv şəhərində kişilər arasında Avropa çempionatı keçiriləcək. İdman.com.az-ın məlumatına görə, 300-dən çox iştirakçısı olacaq yarışın reytinq favoriti Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovdur. Çempionatda ölkəmizi həmçinin Eltac Səfərli, Qədir Hüseynov, Namiq Quliyev, Vasif Durarbəyli, Vüqar Rəsulov, Azər Mirzəyev, Orxan Abdulov, Zaur Məmmədov, Cahangir Ağarəhimov, Kənan İzzət, Bəhruz Rzayev, Asif Həsənov və Zaur Ocaqverdiyev təmsil edəcəklər.

Xəbər 1065 dəfə oxundu.