İspaniyanın “AS” qəzeti futbol üzrə Azərbaycan millisinin uğurlu çıxışından yazıb
İspaniyanın məşhur idman nəşri olan “AS” qəzetində futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində uğurlu çıxışına dair məqalə dərc edilib.

“Prosineçki Azərbaycan millisi ilə Rusiya xəyalındadır” sərlövhəli yazıda müəllif Aritz Qabilondo Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin ilk üç turundakı uğurlu oyunundan yazıb.

Müəllif qeyd edib ki, ispaniyalı azarkeşlərə “Real”da və “Barselona”da çıxışları ilə yaxşı tanış olan Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin fəaliyyətini uğurlu hesab etmək olar. Yazıda milli komandamızın seçmə mərhələdə üç oyundan 7 xal toplamasının Avropa üçün gözlənilməz olduğu diqqətə çatdırılıb.

AZƏRTAC

Xəbər 774 dəfə oxundu.