Qarabağ - PAOK matçının biletləri satışa çıxır
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ" oktyabrın 20-də, saat 21:00-da Yunanıstanın PAOK klubunu qəbul edəcək. Qarşılaşmanın biletləri oktyabrın 17-də, saat 12:00-dan etibarən satışa çıxacaq.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN
13 və 16 nömrəli sektorlar - 10 AZN
14 və 15 nömrəli sektorlar - 20 AZN
VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ" - PAOK matçı oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 913 dəfə oxundu.