13 qadın şahmatçımız qitə çempionatına gedir
Martın 2-də Türkiyənin Qaziantəp şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. İdman.com.az saytının verdiyi xəbərə görə, 104 iştirakçısı olan yarışda ölkəmizi Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Xəyalə İsgəndərova, Nərmin Kazımova, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Söyünlü, Nərgiz Umudova, Ülviyyə Fətəliyeva, Səmayə Həmidova, Səbinə İbrahimova, və Turan Ağalarova təmsil edəcəklər. Klassik vaxtlı yarış martın 13-də başa çatacaq. Daha sonra martın 15-16-da rapid, 17-18-də blits üzrə yarışlar keçiriləcək.

Xəbər 1082 dəfə oxundu.