Binəqədidə rayon birinciliyi keçirilib
Oktyabr 10-11-də Binəqədi rayonu 244 saylı tam orta məktəbdə hərbi xidmətə hazırlıq məqsədi ilə “Marş irəli” devizli Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Binəqədi rayon birinciliyi keçirilib.

Birincilikdə rayonun 22 orta ümumtəhsil məktəbinin hər birindən tərkibində 5 nəfər oğlan (10-11-ci sinif) olmaqla 1 komanda, ümumilikdə isə 110 nəfər iştirak edib.
Atletlər yarış çərçivəsində aşağıdakı normativləri - turnikdə dartınma, qumbara atma, 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə qaçış - yerinə yetiriblər.
Yarışın yekun nəticələrinə görə 244 saylı tam orta məktəbin komandası I yer, 267 saylı məktəb-liseyin komandası II yer, 297 saylı tam orta məktəbin komandası isə III yeri tutub.

Xəbər 654 dəfə oxundu.