İnfantinodan maraqlı açıqlama
“Anadolu” agentliyi xəbər verir ki, FİFA prezidenti Canni İnfantino hazırkı sistem üzrə 32 milli komanda ilə oynanılan dünya çempionatlarının 2026-cı ildən etibarən 40 və ya 48 millinin oynaması ilə bağlı qərarın veriləcəyini açıqlayıb.

Gələn ilin yanvar ayında İsveçrənin Sürix şəhərində təşkil olunacaq FİFA toplantısında qərar təsdiqlənəcəyini bildirib.

Qeyd edək ki, komanda sayının artırılmasının ümumilikdə müsbət qarşılandığını deyən FİFA prezidenti vurğulayıb ki, artıq bütün dünyada futbolun keyfiyyəti artır.


Xəbər 699 dəfə oxundu.