“Real”ın ulduz futbolçusu növbəti dəfə mükafata layiq görülüb
"TASS"-ın verdiyi məlumata görə, Real Madrid klubunun oyunçusu Kriştianu Ronaldu "Marca" və "La Gazzetta dello Sport" oxucularının səsverməsi ilə 2015-2016-cı ilin UEFA Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib.

Portuqaliyalı idmançı turnirdə 12 oyunda iştirak edərək, 16 qol vurub və turnirin bombardiri olub.

Qeyd edək ki, Premiyanı İspan qəzetinin direktoru Xuan İqnasio Qallardo və İtalyan qəzetinin direktor müavini Canni Valenti təqdim ediblər.

Xəbər 671 dəfə oxundu.