Messi “İnter”lini millidə görmək istəmədiyini bildirib
“Football İtalia”ya saytının verdiyi məlumata görə, Argentina millisinin kapitanı Lionel Messi baş məşqçidən Mauro İkardinin milliyə çağrılmamasını xahiş edib.

“Barselona”nın hücumçu digər argentinalı hücumçu Maksi Lopeslə konflikti olan İkardinin milliyə layiq olmadığını düşünür. Messi kapitan olduğu müddətdə “İnter”lini millidə görmək istəmədiyini açıq-aşkar bildirib.

Qeyd edək ki, Mauro İkardi ilə Maksi Lopez arasında şəxsi münasibətlərə görə, münaqişə çoxdan yaranıb.

Xəbər 684 dəfə oxundu.