Cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub
Oktyabrın 13-də “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Yarışda oğlanlar arasında dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Murad Heydərli (66 kq), Aslan Mirzəyev (90 kq), Cəfər Əkbərli (100 kq) və Elxan Tamrirazov (+100 kq) Azərbaycan çempionu adını qazanıblar.

“Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilir.

49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu (231 oğlan və 39 qız) mübarizə aparır.

Artıq ilk günün qalibləri müəyyənləşib. Yarışın açılış günündə oğlanlar arasında 60, 73 və 81 kiloqram, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayıblar.

Xəbər 852 dəfə oxundu.