«Gənc güləşcilərimizin Avropa çempionatında öz sözlərini deyəcəyinə əminəm»
6-11 martda Serbiya paytaxtı Belqradda güləşçilər arasında Avropa çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, mötəbər yarışda hər 3 milli komandamız çıxış edəcək. Heyətlərdə əsasən gənc idmançıların yer almasına baxmayaraq, Azərbaycan Güləş Federasiyası (AGF) bu rəqabətdə də yüksək yerlərə iddialıdır. Bunu «İdman» qəzetinə açıqlamasında AGF-in
1-ci vitse-prezidenti Namiq Əliyev deyib. Onun sözünə görə, medalların sayını demək çətindir. Amma əmindir ki, hər dəfə olduğu kimi, adı çəkilən mübarizədə də bahadırlarımız uğurlu nəticə göstərəcəklər:

«Bu Avropa çempionatı olimpiada siklinə düşdüyündən, yarışın əhəmiyyəti nisbətən aşağıdır. Çünki indi aparıcı güləşçilər lisenziya xarakterli turnirlərə, London olimpiya oyunlarına hazırlaşırlar. Belədə, biz də qitə çempionatında əsasən gənclərə şans vermək qərarına gəldik. Amma bu o demək deyil ki, oraya iddiasız yollanacağıq. Gənclərimiz kifayət qədər təcrübəyə malikdirlər. Onların Belqradad öz sözlərinə deyəcəklərinə inanıram».

KAMRAN

Xəbər 1096 dəfə oxundu.