Dinamo - Qəbələ matçının hakim təyinatları açıqlandı | |
UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” ilə “Dinamo” (Moskva, Rusiya) arasındakı cavab matçının hakim təyinatları açıqlanıb. Rusiyada keçiriləcək ikinci oyunu moldovalı hakimlər briqadası idarə edəcək. Oktyabrın 19-da baş tutacaq matçın baş hakimi Dimitru Muntian olacaq. Onun köməkçiləri isə həmyerliləri Vyaçeslav Sivaçev və Anatoli Basyuk olacaq. Oyunun dördüncü hakimi funksiyasını rusiyalı Yuri Baskakov yerinə yetirəcək. |
|
Xəbər 854 dəfə oxundu. |
|
|