Arazın 5 potensial rəqibi bəllidir
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan çempionu "Araz" artıq UEFA Kubokunun elit mərhələsinə vəsiqəni təmin edib. Artıq komandamızın elit raunddakı bəzi potensial rəqibləri də bəllidir.

Belə ki, Çexiyanın "Xrudim", Rusiyanın "Yuqra" və "Dinamo", Qazaxıstanın "Kayrat", həmçinin İspaniyanın "İnter" klubları da elit mərhələyə vəsiqə qazanıb.

Qalan 10 komanda hazırda davam edən əsas mərhələ başa çatandan sonra bilinəcək.

Xəbər 713 dəfə oxundu.