“Real” klubu bir neçə oyunçu ilə yeni müqavilə imzaladı
“Real” heyətdəki futbolçularını komandada saxlamaqda maraqlıdı.

2018-ci ilə qədər transfer hüququndan məhrum qalan “kral klubu” vaxt itirmədən artıq bir neçə oyunçu ilə yeni müqavilə də imzalayıb.

Belə ki, Toni Kroosla anlaşmanın müddətini 2022, Kriştianu Ronaldola 2021, portuqaliyalı Pepe ilə 2018, digər aparıcı futbolçu Qaret Beylin ilə 2022-ci ilə qədər anlaşmanı yeniləyib.

Qeyd edək ki, bu razılaşmaya əsasən Ronaldonun illik məvacibinin daha da yüksəldilməsi gözlənilir.


Xəbər 791 dəfə oxundu.