Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi
“Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib.

Yarışın ilk günündə oğlanlar arasında Nəriman Əhmədov (60 kq), Hasil Cəfərov (73 kq), Afiq Səfərli (81 kq), qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular - Gültac
Məmmədəliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Leyla Şahin (57 kq), Nərgiz Hacıyeva (63 kq), Diana Şoranova (70 kq), Günel Həsənli (78 kq), Məruyərt Kurbanova (78 kq)
qalib olublar.

Xəbər 797 dəfə oxundu.