Bu gün millimiz son matçına çıxacaq
Bu gün AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 3-cü qrupda yer alan millimiz Estoniya ilə qarşılaşacaq.

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət yığma komandamızın iştirak edəcəyi bu oyun qrup üçüncüsünü müəyyənləşdirəcək. Çünki millimiz Macarıstana (0:3) və Polşaya (0:4) böyük hesablarla uduzduğu kimi, estonlar da əvvəlki oyunlarını məğlub başa vurublar.

Xəbər 689 dəfə oxundu.