Futbol üzrə respublika birinciliyinin final mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.

Yarışın keçirilməsinin əsas məqsədi nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin 13-14 yaşlı perspektivli futbolçularını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaq olub.

Final mərhələsində zona yarışları üzrə birinci və ikinci yerləri tutmuş 12 komanda yarışıb. Birinci yeri “Təhsil” RİM-in Gəncə filialının komandası tutub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası ikinci, “Təhsil” RİM-in Sumqayıt filialının komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.

Xəbər 658 dəfə oxundu.