"Kadis" ölkə kubokunda mübarizəni dayandırmalı olub
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.

Doğma meydanda "Kordoba" ilə qarşılaşan oyun futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə, "Kadis" ölkə kubokunda mübarizəni dayandırmalı olub. Ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızın heyətində Çexiyaya qarşı mübarizə aparan Eddi bu üzdən "Kadis"ə kubok qarşılaşmasında kömək edə bilməyib.

Xəbər 556 dəfə oxundu.