Kəpəz məşqləri bərpa etdi
Topaz Premyer Liqasının 8-ci turunda AZAL-la qarşılaşacaq “Kəpəz” bu gündən məşqləri bərpa edib. Bakıda hazırlıq keçən komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir.

“Sarı-göylər”in oktyabrın 13-14-ü tarixlərində keçiriləcək məşqləri də eyni ünvanda olacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq.

“Kəpəz”in oyun öncəsi son məşqi matçın keçiriləcəyi “AZAL Arena”da saat 15:30-da olacaq.

Xəbər 663 dəfə oxundu.