"İnter"dən Qvardiola cəlbedici təklif
"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola iş yerini İtaliya "A" Seriyasına dəyişə bilər. İdman.com.az saytı xəbər verir ki, "İnter" ispaniyalı mütəxəssisi klubunun sükanı arxasında görmək istəyir. Milan təmsilçisi bunun üçün ona 20 milyon avro təklif etməyə hazırdır. 41 yaşlı çalışdırıcının "qara-göylər"in təklifini qəbul edəcəyi barədə söz-söhbət dolaşır. Çünki Qvardiolanın "Barselona" ilə müqaviləsi yayda başa çatır.

Xəbər 1031 dəfə oxundu.