Canluici Buffon “Golden Foot-2016” mükafatına layiq görülüb
“Yuventus”un və İtaliya millisinin qapıçısı Canluici Buffon “Golden Foot-2016” mükafatına layiq görülüb.

Bu mükafat mövsümün 28 yaşdan yuxarı ən yaxşı futbolçusuna verilir. Buffon titul uğrunda mübarizədə Lionel Messi, Kriştiano Ronaldo, Ueyn Runi, Andrea Pirlo və Tiaqo Silvanı üstələyib.Otuz beş yaşlı italiyalı bu mükafata layiq görülən ilk qapıçıdır. Mükafat 2003-cü ildə təsis edilib və ötən il qalib Samuel Eto’O olub.

Xəbər 740 dəfə oxundu.