“Araz” futzal üzrə UEFA kuboku yarışlarının əsas mərhələsinə qələbə ilə başladı
Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kuboku yarışlarının əsas mərhələsində ilk oyununu keçirib.

Təmsilçimiz Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Gürcüstanın “Tbilisi Dövlət Universiteti” komandası ilə qarşılaşıb.
Qarşılaşma “Araz”ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz növbəti oyununu oktyabrın 12-də Bakı vaxtı ilə saat 19:30-da Kosovonun “Feniks” komandasına qarşı keçirəcək.

Xəbər 751 dəfə oxundu.