Karate üzrə açıq Bakı birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kyokuşin karate üzrə açıq Bakı birinciliyi keçirilib.

6-7 yaşlı idmançılar arasında Nitat Seyfullayev (20 kq), Samir Cəbrayılov (24 kq), Vaqif Hüseynli (28 kq), 8-9 yaş karateçilərin mübarizəsində Mircəlil Cəfərov (23 kq), Süracəddin Məmmədzadə (26 kq), Laçın Qəhrəmanlı (29 kq), Turan Abdulov (32 kq), Talıb Quliyev (35 kq), Tural Salmanzadə (38 kq) və Mehdi Şamilov (41 kq) qızıl medal qazanıblar.

Yarışda 10-11 yaşlı idmançılar arasında Nurəddin Vəliyev (32 kq), Rəvan Abdulov (35 kq), Nicat Salmanov (41 kq), Nurlan Məmmədli (41 kq-dan yuxarı), 12-13 yaşlı karateçilərin mübarizəsində Əli Xosrovlu (42 kq), Səid Abbasov (45 kq), Rəhim Ağaməmmədov (48 kq), İlkin Cavadov (51 kq) və Şahin Nağıyev (51 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəfael Əmrahov (50 kq), İsmayıl Bayramov (55 kq), İsmayıl Qurbanov (60 kq), Şahin Dadaşov (60 kq-dan yuxarı) 14-15 yaşlılar, Elmir Ömərov (55 kq), Kamil Əliyev (60 kq), Şalva Tamazaşvili (65 kq), Cəfər Əsgərov (65 kq-dan yuxarı) 16-17 yaşlı karateçilər, Leyla Seyidəliyeva (40 kq), Ləman Seyidəliyeva (45 kq-dan yuxarı) isə qızlar arasında fərqləniblər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 728 dəfə oxundu.