Rövnəq Abdullayev: Oyun və heç-heçədən razı qaldım
AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı oyununu şərh edib. O, bunları söyləyib:

"Yaxşı oynadılar. Uşaqlar əllərindən gələni etdilər. Hava şəraiti pis idi. Buna görə də oynamaq çətin idi. Bütövlükdə, razı qaldım. Qol vurmaq üçün şansımız oldu. Tsiklin əvvəlində belə nəticələr gözləyirdikmi? Niyə də yox? Amma eyforiyaya qapılmaq olmaz. Bundan sonra Almaniya üzərində qələbə tələb edəcəksiniz. Mükafat? Əsas odur ki, bu uşaqlar ölkə üçün oynayırlar, mükafat ikinci plandadır. Belə nəticə olan yerdə pul boş şeydir. Futbolda hətta ən kiçik futbol ölkələrinə də hörmət etmək lazımdır".

Xəbər 643 dəfə oxundu.