Qana futbolçuları bir-birilərini cadu edib
Qana milli komandasının baş məşqçisi Qoran Stevanoviç, komandası haqda şok iddia qaldırıb. İdman.com.az saytı xəbər verir ki, serbiyalı mütəxəssis, Afrika kuboku çərçivəsində yığmanın bəzi futbolçularının bir-birilərinə cadu etməklə kollektivdə ayrı-seçkilik yaratdığını bildirib. Bu barədə Qana Futbol Federasiyasına açıqlama verən Stevanoviç, Afrika kubokundakı uğursuzluğu məhz bununla əlaqələndirib:

"Bir-birilərinə zərər vermək məqsədilə cadudan faydalanan bəzi futbolçuların bu düşüncəsini dəyişməsi üçün hamımız kömək etməliyik. Futbolçuların intizamlı olmalarını və bir-birilərinə hörmətlə yanaşmalarını təmin etməliyik".

Qana millisinin sabiq futbolçularında olan Sarfo Qyami bu xəbərin onu təəccübləndirmədiiyni deyib: "1992-ci ildə keçirilmiş Afrika kuboku zamanı futbolçular özlərini zədədən qorumaq və uğur qazanmaq üçün cadudan istifadə edirdilər. Ancaq futbolçuların bir-birilərinə qarşı cadu etmələrini isə ilk dəfədir ki, eşidirəm. Bu, yolverilməzdir".

Xəbər 1197 dəfə oxundu.