Futbol üzrə rayon birinciliyi yekunlaşıb
26 iyul 2016-cı il tarixdən başlayaraq Yardımlı rayonunda aprel döyüşlərində həlak olmuş Şəhid Nurəddin Mirzəyevin xatirəsinə həsr olunmuş Futbol üzrə rayon birinciliyi yekunlaşdı.

06 oktyabr 2016-cı il tarixdə 14 komandanın 3 qrup üzrə apardığı gərgin mübarizənin finalında Sırıq və Bozayran komandaları qarşılaşdı. Mübarizənin sonunda Sırıq komandası Bozayran komandasına 5:1 hesabı ilə qalib gəldi. Hər iki komanda Rayon İcra Hakimiyyətinin Başçısı tərəfində diplom və hədiyyələrlə mükafatlandırıldı.

Xəbər 625 dəfə oxundu.