“Azərreyl”in oyunu belçikalı hakimə tapşırıldı
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək referilərin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, ilk matçda Kazan “Dinamo”suna (Rusiya) 1:3 hesabı ilə uduzan “Azərreyl”in oyunda baş hakim funksiyasını belçikalı Arturo di Giakomo yerinə yetirəcək.

Fevralın 28-də saat 18:00-da Bakı İdman Sarayında baş tutacaq görüşdə ona köməkliyi Aleksandros Varthalitis (Yunanıstan) edəcək.

“Rabitə” klubunun “Fənərbağça” (Türkiyə) ilə səfər matçında ədaləti qorumaq isə serbiyalı Lyubomir Kovaçeviçlə italiyalı Vittorio Sampaolo cütünə tapşırılıb.
Qeyd edək ki, “Rabitə” də ilk oyunda uduzub (0:3). İstanbuldakı görüş isə fevralın 29-da olacaq.

Xəbər 1464 dəfə oxundu.