Nazir Göyçayda vətəndaşları qəbul etdi
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın sakin iştirak edib.

Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar gənclər, idman sahələri, iş ilə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s ilə bağlı olub.
İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin idman avadanlıqları ilə təmin edilməsi, rayonlarda Uşaq Gənclər İdman Mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi və s ilə bağlı olub.

QHT yaratmaq üçün nazirlik tərəfindən dəstək verilməsi, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərə göndərilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili, müxtəlif düşərgələrin yaradılması, regionlarda fəaliyyət göstərən gənclər evləri arasında əməkdaşlığın qurulması və s müraciətlər gənclər sahəsini ehatə edən müraciətlər olub.

Xəbər 1793 dəfə oxundu.