Cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
“Sərhədçi” İdman Olimpiya Mərkəzində oktyabrın 12-13-də 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perspektivli cüdoçuları müəyyənləşdirməkdir. Qaliblərə diplom və medallar veriləcək.

Xəbər 828 dəfə oxundu.